Ərdoğan “qondarma prezident” ifadəsinə görə Kılıçdaroğlundan 1 milyon lirə təzminat tələb edib

324

Hurriyyet.org xəbər verir ki, Türkiyədə Cumhuriyyət Xalq Partiyasının başçısı Kemal Kılıçdaroğlunun dünən partiya binasında keçirdiyi mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğanı “qondarma prezident” adlandırmasından sonra Ərdoğan Kılıçdaroğluna qarşı Ankaradakı Respublika Baş Prokurorluğuna müraciət edərək, onun 1 milyon Türkiyə lirəsi həcmində təzminat ödəməsini tələb edib.