Ərdoğan: “Qardaşım Əliyevin dediyi kimi, Fransa istəyirsə, Marseli Ermənistana versin”

333

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan bu gün Ayasofya məbədində cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan Fransanın Dağlıq Qarabağla bağlı qalmaqallı açıqlamasından danışarkən deyib: “Dəyərli qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi olub: “Erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər”. Mən də eyni şeyi tövsiyə edirəm”.

Ərdoğan deyib: “Minsk qrupu vasitəçi qrupdur. Əvvəla, bu saatdan sonra Fransanın vasitəçilik missiyası sona çatmışdır. Vasitəçi həmin yerlə əlaqədar tövsiyə xarakterli olsa da, öz parlamentində qərar vermişdir. Makron Fransanın başına bəladır.

Makronla birlikdə Fransa çox-çox təhlükəli bir dövrünü yaşamaqdadır. FransanınMakron bəlasından xilas olmasını təmənni edirəm.

Sarı jiletlilər, qırmızı jiletlilərə çevrilə bilər. İdarəçi olaraq nə qərar verəcəklərini görəcəyik”.