Ərdoğan qərarı imzaladı Naxçıvanın inkişafına təkan olacaq layihə reallaşır

378

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın təbii qaz boru xətti marşrutunun dövlət mülkiyyətinə verilməsi qərarı “Resmi Qazete”də dərc edilərək qüvvəyə minib. Türkiyənin müxtəlif rayonlarında həyata keçiriləcək energji layihələri üçün bir sıra daşınmaz əmlakların təcili şəkildə dövlətin mülkiyyətinə verilməsini qərara alıb.

Qərara görə, Naxçıvan Təbii Qaz Boru Xətti Layihəsinin həyata keçirilməsi məqsədi ilə Iğdır vilayətinin Mərkəz, Qaraqoyunlu və Aralıq rayonları sərhədlərində yerləşən və bu xəttin marşrutunda olan ərazilərdə layihə çərçivəsində inşa ediləcək sabit müəssisələr, nəqliyyat yolları, enerji nəqli xəttləri Botaş Boru Xəttləri və Neft Nəqli Qapalı Şirkətinin Baş İdarəsi tərəfindən təcili şəkildə milliləşdiriləcək.

Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez layihə ilə əlaqədar belə demişdi: “Bu layihəmiz Naxçıvan iqtisadiyyatının inkişafına təkan olacaqdır”.