Ərdoğan Putinlə söhbətindən danışdı: “Azərbaycanla bağlı qırmızı xətti keçən bizdən inciməsin!”

90

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu günkü çıxışında deyib: “Putinə söylədim, “istəsən, problemi birlikdə həll edərik”, dedim. Siz Paşinyanla, mən isə İlham Əliyev qardaşımla müzakirə edək, işi həll edək… Qırmızı xəttimizi keçən inciməsin, atamızın oğlu belə olsa, baxmarıq”.

Ərdoğan Qarabağ problemindən və vasitəçilərdən danışarkən deyib: “Sanki ipə un sərdilər. Hər iclas “oturdular-yığışdılar-dağılışdılar” şəklində keçdi. Ermənilər hücum elədilər, Azərbaycan türkü qardaşlarım da özlərini müdafiə nöqtəsinə gəldilər. Proses davam edir. Liderlərlə danışıqlarımız davam edir. Putin ilə bu prosesi ətraflı müzakirə elədik. Artıq Qafqazdakı bu işə son qoyaq dedik. “İstəsən, bu işi birlikdə həll edərik” dedim. Siz Paşinyan ilə danışıq aparın, mən İlham qardaşımla danışım, artıq bu işi xeyirlisi ilə həll edək. Heyətinizi göndərin, heyətimizlə danışıq aparaq. Amma bu işi edəcəyikmi, etməyəcəyikmi? Bundan əvvəl də 5+1 özləri ilə müzakirə eləmişdik. Səmimi addım atılacaqsa, ataq. Bu işi başa çatdırmalıyıq. Biz səmimiyik. Mən sizin də səmimi olduğunuza inanıram. İnşaallah bunu yekunlaşdıraq.

Qırmızı cizgimizi də söylədik. Bu xətt aşılan zaman, heç kim inciməsin, atamızın oğlu belə olsa, gözümüz görməz”.

“Siz Yaxın Şərqdəm, Suriydan…”  Azərbaycana əsgər göndərirsiniz, xarici qüvvələr göndərirsiniz, filan-falan” deyirlər.  Mən də cənab Prezidentə dedim: “İndi 2000 civarında PKK, YPG terrorçusu ayda 600 dollar maaş müqabilində Ermənistandadır. Orada döyüşürlər, xarici qüvvələr olaraq döyüşürlər. Cavabında deyir: “Mənim bundan xəbərim yoxdur”. Dedim: “Yaxşı, mən indi xəbər verdim”.

Hurriyyet.org