Ərdoğan: “NATO bizi terrorla mübarizədə tək qoyub”

552

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan NATO-dakı müttəfiqlərini ölkəsini terrorçuluqla mübarizədə tək qoymaqda ittiham edib.

Ərdoğan bu gün çıxışında deyib: “Aİ və NATO-nun təhlükəsizliyi bizim şərq sərhədlərimizdən başlanır. Biz NATO çərçivəsində terrorla mübarizədən heç vaxt imtina etməmişik. Niyə NATO ölkələri bizi terrorçuluqla mübarizədə tək qoyurlar? Türkiyədən başqa hansı dövlət İŞİD ilə mübarizə aparır?”

O, həmçinin ABŞ-ı PKK terror təşkilatının Suriya qanadına hərbi dəstək göstərməkdə ittiham edib. Ərdoğan deyib: “Silahla dolu minlərlə yük maşını, nəqliyyat vasitəsi terror qruplaşmalarına yardıma göndərilib. Onlar bütün bunlardan istifadə edərək bizə qarşı müharibəyə başlayıblar. Biz bir NATO ölkəsi olaraq onlara qarşı mübarizə aparırıq və aparmağa davam edəcəyik”.