Ərdoğan: “Kəlbəcər və Laçın da sahiblərinə qaytarılacaq”

108

“28 il davam edən bu insafsız işğala ATƏT-in Minsk Qrupu bir həll yolu tapmadı. Ancaq davamlı olaraq baş qatdılar”.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bunu özləri ilə danışdıq, lakin heç bir zaman yolu həll tapmadılar. Çünki həll yolu tapmaq kimi bir dərdləri yox idi. Mərhum Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Enməyəcəkdir! Dağlıq Qarabağda işğal bitənə qədər mübarizə bayrağı inşallah enməyəcəkdir. Bu münasibətlə bir daha İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. İnşallah, qısa müddətdə işğal altındakı başda Kəlbəcər və Laçın olmaqla buralar da sahiblərinə təslim ediləcək”, – deyə Ərdoğan qeyd edib.