Ərdoğan Arazla bağlı bayatı dedi, İran təşvişə düşdü

1062

Hurriyyet.org xəbər verir ki,  İranın Xarici İşlər naziri Cavad Zərif dünən Azərbaycanda keçirilən qələbə paradında Türkiyə Prezidenti R.T.Ərdoğanın söylədiyi şeirdən narahat olub.

Zərif “Tvitter” hesabında yazıb: “Prezident Ərdoğana Bakıda pislədiyi hadisənin Arazın şimalındakı bölgələrin ana vətənindən zorla ayrılmasından bəhs elədiyi barəsində məlumat verilməyib.

Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyini bilmədimi?

Heç kim sevimli Azərbaycanımız barəsində danışa bilməz”.

Prezident Rəcəb Tayyib  Ərdoğan dünənki çıxışında demişdi: “Araz öz nəğməsini daha da ucadan oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü olacaqdır.

Arazı ayırdılar,

Qum ilə doldurdular.

Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Çan sənə qurban Laçın”.