Ərdoğan: “Aralıq dənizindən Dağlıq Qarabağ qədər apardığımız ədalət mübarizəmizin əhəmiyyəti ortadadır”

234

“Suriyadan Liviyaya, Aralıq dənizindən Dağlıq Qarabağ qədər apardığımız haqq, azadlıq və ədalət mübarizəmizin əhəmiyyəti ortadadır”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.

“Biz sadəcə milli təhlükəsizliyimizi təmin etməyə çalışırıq”, – deyə Ərdoğan vurğulayıb.