“Ərazilərimizi ilhaq etmək istəyir” – Lukaşenkodan şok açıqlama

102

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa hakimiyyətini respublikanın Qrodno bölgəsini ilhaq etmək cəhdində ittiham edib.

Bu barədə “BelTA” məlumat yayıb.

“Belarus dağılsa, Qrodno bölgəsinin Polşaya gedəcəyi ilə bağlı bu açıqlamaları görürsünüz. Onsuz da bu barədə açıq danışırlar, yatırlar və yuxuda görürlər. Bu mövzuda uğur qazanmayacaqlar, bunu dəqiq bilirəm”, – Belarus lideri bildirib.

Lukaşenkaya görə, indi ölkə bəzi hərbi hissələrin yerləşdirildiyi qərb sərhədlərindəki vəziyyəti sabitləşdirmək üçün böyük miqdarda pul xərcləməyə məcburdur. \\Teleqraf.com