Ərəblərin yəhudilərə ilk telefon zəngi: BƏƏ-İsrail anlaşmasına Bakıdan reaksiya

48

Hacı İlqar İbrahimoğlunun fikrincə, proseslər yekunda Fələstinin maraqlarının təmin edilməsi ilə tamamlanacaq

Birləşmiş Ərəb Əmirlikləri və İsrail arasında münasibətlərin normallaşması haqda tarixi razılığın əldə edilməsindən bir neçə gün sonra başlayaraq telefon rabitəsi açılıb.

BƏƏ və İsrail arasında bundan öncə telefon zəngləri mümkün deyildi. Əvvəllər zəng edildiyi zaman ərəb və ingilis dillərində əlaqə yaradılmasının mümkün olmadığı barədə avtomat cavab verilirdi.

“Reyters” agentliyi avqustun 16-dan BƏƏ-dən İsrailə bir neçə dəfə zəng etdiyi haqda məlumat verib.

“Assosşayted Press” agentliyi isə telefon rabitəsinin yaradılmasını tərəflər arasında təmasların qurulmağa başlamasının ilk təzahürü olduğunu bildirib.

İsrailin bundan öncə bloklanmış bir neçə xəbər saytına da BƏƏ-də internetdə çıxış olduğu bildirilir.

Top Blue & White MKs oppose Arab-backed government

Yoaz Hendel

“Mən Birləşmiş Ərəb Əmirliklərinin bloku qaldırması münasibəti ilə təbrik edirəm” – İsrailin Kommunkasiya naziri Yoaz Hendel tvitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

BƏƏ-nin iki əsas telekommunikasiya operatoru olan Du və Etisalat şərhlə bağlı müraciətlərə hələ cavab verməyib.

İsrail və BƏƏ avqustun 13-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına razılıq əldə edib. Razılaşma ABŞ-ın vasitəçiliyi sayəsində əldə edilib.

Sənədlərə əsasən, İsrail rəhbərliyi İordan çayının Qərb sahilində fələstinlilərin gələcək dövlətin bir hissəsi kimi görmək istədiyi bəzi ərazilərin ilhaqı planlarını dayandıracaq.

Birləşmiş Ərəb Əmirlikləri Körfəz bölgəsində İsraillə aktiv diplomatik münasibətlər yaradan ilk dövlətdir. Bundan öncə rəsmi Əbu Dabi yəhudi dövlətinin mövcudluğunu tanımırdı.

Məhəmməd Hüseyn Baqiri Azərbaycanda səfərdədir - Islam Times

İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri deyib ki, bundan sonra Birləşmiş Ərəb Əmirliklərinə qarşı yanaşma tərzi və münasibəti tamamilə dəyişəcək:

“Əgər Fars körfəzi regionunda hər hansı bir hadisə baş versə və İran İslam Respublikasının milli təhlükəsizliyinə xələl gətirilsə, biz bunu Birləşmiş Ərəb Əmirliklərinin gözündən görəcək, buna dözməyəcəyik.

Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətlərini normallaşdırmaq barədə apardığı siyasətinə yenidən baxmalı, regionun və ölkəsinin təhlükəsizliyinə ziyan vuracaq bu yoldan geri qayıtmalıdır”.

Bu əlaqələr Türkiyənin də tərəfindən ciddi etirazla qarşılanıb. Türkiyə Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Fələstin xalqı və hakimiyyəti tərəfindən göstərilən sərt reaksiyanı haqlı sayır:

“BƏƏ-nin İsraillə anlaşaraq Fələstin əleyhinə qərar verməsini qınayırıq. Bu xəyanəti tarix unutmayacaq və bölgə xalqları bağışlamayacaq”.

Yeri gəlmişkən, BƏƏ ilk ərəb ölkəsi deyil. Ondan əvvəl Misir, İordaniya kimi ölkələrin də İsraillə diplomatik əlaqələri qurulub. Azərbaycan bu məsələ ilə bağlı heç bir rəsmi münasibət bildirməyib.

Rəsmi Bakı deyə bilər ki, bu, iki ölkənin daxili işidir. Eyni zamanda Azərbaycanın İsraillə olduqca yüksək səviyyədə əlaqələri var. Eləcə də BƏƏ ilə də münasibətlər yaxşıdır, əməkdaşlıq edirik.

İlqar İbrahimoğlu: “Şəxsiyyətə pərəstiş inkişafa aparmır” – Azlogos

DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat”a bu sazişi şərh edərkən razılaşmanı şahmat dili ilə desək, Tramp adminstrasiyasının seçki öncəsi “ev hazırlığı” kimi qiymətləndirdi.

O düşünür ki, sözügedən anlaşma İslam dünyasına, ümumilikdə Yaxın Şərqin quruculuq istiqamətində potensialına qarşı yönəlmiş addımdır:

“Türkiyə və İran kimi Fələstin məsələsində ədalətli mövqe sərgiləyən ölkələr bu hadisəni şiddətlə qınayırlar. Hesab edirəm ki, Azərbaycanın da maraqları İslam dünyası ilə sinxron davranmaq və Fələstinin yanında dayanmaq olmalıdır”.

İ.İbrahimoğlunun fikrincə, Trampın bu siyasəti fiaskoya uğrayıb, proseslər yekunda Fələstinin maraqlarının təmin edilməsi ilə tamamlanacaq.

Hacı İlqar sənəddə göstərilən bəndi – İsrail rəhbərliyi İordan çayının Qərb sahilində fələstinlilərin gələcək dövlətin bir hissəsi kimi görmək istədiyi bəzi ərazilərin ilhaqı planlarını dayandıracaq şərtini alver predmeti hesab edir:

“Necə ki Qarabağ probleminin həlli kontekstində hansısa alver predmeti olmalı deyil, eləcə də Fələstinlə bağlı bu mövqe dəyişməz qalmalıdır. Fələstinin gələcəyini fələstinlilər həll etməlidir.

Eyni zamanda, beynəlxalq hüquqi sənədlər və tarixi gerçəklik var. Fikrimcə, sazişə gedən müsəlman ölkəsi yaxın dövrdə özünün təklənməsini və zərərini hiss edəcək.

Türkiyə haqlı olaraq Ərəb Əmirliyinin bu addımını ikiüzlü və fələstinlilərə qarşı bağışlanmaz addım kimi qiymətləndirib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”