Ərəb mətbuatı yazdı – Rusiyadan mühüm qərar

90

Hurriyyet.org xəbər verir ki, ərəb mətbuatı Liviyanı ələ keirməyə çalışan qiyamçı Xəlifə Həftərə dəstək verən Rusiya muzdlularının Sirte və Cufra rayonlarının şərqinə çəkildikləri barəsində məlumat yayıb.

Ölkədə Rusiyanın “Vaqner” özəl şirkətinə məxsus 2000-2500 civarında əcnəbi muzdlu əsgər olduğu bildirilir. Bu əsgərlər MIQ-29 və Suxoy Su-24 tipli ən azı 14 təyyarə, əksəriyyəti Çin istehsalı olan Wing Loong tipli dronlar və Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri ilə silahlanıblar.

“Vaqner” muzdluları Liviya ordusunun irəliləyişini əngəlləmək və müharibə bitdikdən sonra belə zərər vermək üçün Tripolinin cənubunda etdikləri kimi Sirte cəbhə xəttinə də minalar döşəyiblər.

Vaqner Cufra və Sirtedən ağır texnikası ilə birlikdə çəkilsə, Həftər yaraqlılarının uzun müddət müqavimət göstərməsi çətinləşəcəkdir.

Tripolidəki döyüşlər zamanı “Vaqner”in muzdluları Tripolinin cənub-şərqindəki Beni Velidə çəkildikdən sonra Həftər milisləri bir neçə gün içərisində bütün qərb ərazilərində böyük məğlubiyyətə uğramışdılar.

Hurriyyet.org