“Ən yaxşı oyunumuzu göstərmədik, lakin…”

60

“Makkabi”nin məşqçisi Makis Anqrlinas Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda evdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra fikirlərini bildirib.

Baş məşqçi Giorgios Donis cəzalı olduğu üçün komandaya texniki zonadan rəhbərlik edən mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfrnasında bunları deyib: “Qarabağ”ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik. Ola bilər ki, ən yaxşı oyunumuzu göstərmədik. Lakin nəticə vacib idi. Çox şey etdik. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər”.