Əmrah Fəqanoğlunun oğlu: “Atamın vəziyyəti ağır olaraq qalır”

180

İctimai Televiziyanın İnformasiya Departamentinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır-stabil olaraq qalır.

 

Hurriyyet.org-un məlumatına görə, bu barədə jurnalistin oğlu Kənan Əmrahoğlu məlumat verib. O, atası ilə maraqlanan , dua edən bütün dostlarına minnətdarlığını bildirib:

 

“Məlumat üçün bildirim ki, atamın müalicəsi hazırda “Yeni Klinika”da davam etdirilir. Vəziyyəti ağır-stabil olaraq qalır”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl vəziyyəti ağırlaşan jurnalist “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilərək, süni tənəffüs aparatına qoşulub.\\Modern.az