Əmisi iki yaşlı uşağı pəncərədən atmaqla hədələdi

93

İki yaşlı uşaq onu pəncərədən atmaqla hədələyən sərxoş əminin əlindən alınıb. “LifeShot” “Telegram” kanalı Rusiyanın Surqut şəhərində baş verən hadisənin görüntülərini yayımlayıb. Məlumata görə, sakinlər binanın beşinci mərtəbəsində körpəni ayağından tutaraq pəncərədən atmaqla hədələyən kişini görüblər. Şahidlərdən biri dərhal polisə xəbər verib.

Hüquq mühafizəçiləri hadisə yerinə gəlib. Onlar binanın beşinci mərtəbəsinə qalxaraq qapını qırıb və içəri daxil olublar. Körpə artıq otaqların birində paltar qurutma asılqanının altında oturmuş halda aşkarlanıb. Hadisə yerinə həkimlər cəlb olunub, sərxoş əmi isə saxlanılıb. Hadisə vaxtı körpənin atası işdə, anası isə mağazada olub. Baş verənlərə görə cinayət işi açılıb. Kişini “öldürməyə cəhd” maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum etmə gözləyir.