“Əmanətlərin Sığortalanması Fondunun işini düzgün qurmamasının fəsadlarını əhali çəkir” – SAMİR ƏLİYEV

84

“Mərkəzi Bank məsələyə təcili müdaxilə etməli, insanların pozulan hüquqları bərpa edilməlidir”

“Əmanətlərin qaytarılması prosesində çoxsaylı biabırçılıqlar baş verir”. Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, hər gün bu barədə zənglər olur, əmanətçiləriin hüquqları kütləvi şəkildə pozulur, onlar incidilir: “Bağlanan bankların məsuliyyətsiz qərarlarının, Əmanətlərin Sığortalanması Fondunun işini düzgün qurmamasının fəsadlarını əhali çəkir. Sığortalanma qanunvericiliyində mövcud olan çatışmazlıqlar azmış kimi təcrübədə bu mexanizmin nə qədər problemlər yaratdığını görürük”.

İqtisadçı ekspert hesab edir ki, Mərkəzi Bank məsələyə təcili müdaxilə etməli, insanların pozulan hüquqları bərpa edilməlidir: “Əks halda sığortalanma mexanizmi etibarını itirəcək, bu isə əhalinin ümumilikdə bank sektoruna inamını zədələyəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org