Əməliyyatların gizli qəhrəmanı! Türkiyənin yeni elektron hərbi sistemi

66

Hurriyyet.org xəbər verir ki,  Türkiyənin yeni Elektron Hücum Sistemi olan KORAL hərbi texnikaya inteqrasiya edilə bilən və geniş tezlik diapozonunda işləyə bilən radar sistemidir. Sistem ASELSAN tərəfindən istehsal edilib. Radarları “kor etmək”, rabitə vasitlərini iflic eləmək qabiliyyətinə malik olan sistem bütün kompüter sistemlərinin işini dayandıra bilir.

KORAL hədəfi təqib edərək, hansı tezlikdə yayım etdiyini tapdıqdan sonra elektron hücum vasitəsinə lazımi məlumatları verir. Daha sonra gələn məlumatlarla hədəfin işini dayandırır. Təyyarə, tank və vertolyotları eyni anda “kor edən” KORAL raketləri məhv edib minaları zərərsizləşdirir. Düşmən raketlərini yanlış hədəflərə göndərir. KORAL-ın mənzili təqribən 200 kilometri əhatə edir.

Terrorçuların rabitə şəbəkəsi kəsildi

ASELSAN tərəfindən hazırlanan, hədəf radarların çaşdırılmasını və işə yaramaz hala gəlməsini təmin edən KORAL Mobil Elektron Hərb Sistemi “Barış bulağı” əməliyyatının ilk dəqiqələrindən kritik rol oynayıb.

Əməliyyat KORAL-ın işə salınıb terrorçuların əlaqə şəbəkəsini kəsməsi ilə başlamışdı.