Əllərində insan ürəyi və öldürülmüş ana bətnindən çıxarılmış körpə – ERMƏNİ VƏHŞİLİKLƏRİ FOTOLARDA

213

Sosial şəbəkələrdə türkiyəli istifadəçilər tərəfindən erməni vəhşiliyini əks etdirən dəhşətli foto paylaşılıb.

Fotoda ermənilərin Osmanlı İmperiyasının tərkibində olan Bitlis, Muş əyalətlərində törətdikləri qətliamdan sonrakı “zəfər” sevinci əks olunub.

Rəsmdəki dəhşətli məqam isə ermənilərin əllərində ana bətnindən işgəncə ilə çıxarılmış uşaq və insan ürəyinin olmasıdır. Fotoların 24 iyul 1921-ci ilə aid olduğu iddia edilir.

Paylaşımda o da qeyd edilir ki, alman general Bronsart Von Schellendorf Almaniyanın “Deutsche Allgemeine Zeitung” qəzetində erməni vəhşiliyini bu cür ifadə edib:

“Erməni canavarlığı qətliamdan çox dəhşətli idi…”.

Foto ilə bağlı şərhlər paylaşan sosial şəbəkə istifadəçiləri “erməni soyqırımı”nın uydurma olduğunu qeyd ediblər.

Xatırladaq ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı imperiyasında məskunlaşmış ermənilər “Böyük Ermənistan” iddiası ilə, xarici qüvvələrdən də dəstək alaraq, Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı qətliamlar törədiblər. Muş və Bitlis bölgələrində törədilən vəhşiliklər də ermənilərin caniliyinin nümunələridir.