“Əliyevi dayanmağa inandırdım, amma Şuşaya qayıtmaq şərti ilə…” – Putin

1110

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda görülən əsas işin qan tökülməsinin dayandırılması olduğunu söyləyib.

Xəbəri RİA Novosti yayıb.

“Dağlıq Qarabağda minlərlə öldürülmüş və zərər çəkmiş var— bu kino deyil, faciədir, hansı ki, konkret insanlarla bağlı baş verib, buna görə əldə olunmuş razılığın əsas nəticəsi qan tökülməsinin dayandırılmasıdır”, – deyə Rusiya Prezidenti qeyd edib.

“Rəsmi rəqəmlərə görə dörd mindən çox insan ölüb – düşünürəm ki, əslində daha çoxdur. On minlərlə insan yaralanıb, şikəst olub. Qulaq asın, bu kino deyil, həyatda, konkret insanlarla, xüsusi ailələrlə baş verən faciədir. Bu səbəbdən qan tökülməsinin dayandırılması əsas nəticədir”, – deyə Putin “Rossiya 24 ”telekanalının efirində, Qarabağla bağlı razılaşmalara toxunarkən bildirib.

“Edə bildiyimiz ən vacib şey qan tökülməsini dayandırmaq oldu“, – Putin vurğulayıb.

V.Putin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağdakı hərbi əməliyyatları dayandırmağa, qaçqınların Şuşaya qayıtması şərti ilə, inandırdığını, ancaq Ermənistanın buna qarşı olduğunu bildirib.

Rusiya Prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolundan da danışıb: “Qarabağ məsələsində Türkiyəyə hər cür qiymət verə bilərsiniz, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz”. \\SAVAŞ