“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik qəbul edildi

30

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanunda “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.