Əlillik dərəcəsinin verilməsi dayandırılıb? – Nazirlikdən AÇIQLAMA

39

Əlillik dərəcəsinin verilməsinin dayandırıldığı barədə qeyd edilənlər əsassızdır.

Hurriyyet.org xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbov qeyd edib ki, səhiyyə müəssisəsi tərəfindən hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsi üçün elektron sistemə daxil edilən bütün göndərişlərə qısa müddətdə baxılır:

“Buna əsasən də əlilliyin təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Hazırda bu istiqamətdə işlər davam edir. Cari ilin ötən dövründə əlilliyin qiymətləndirilməsi sahəsində görülən işlərlə bağlı isə KİV-ə məlumat veriləcək”.

Qeyd edək ki, 2020-ci ilin martından əlillik dərəcəsinin verilməsinin dayandırıldığı barədə məlumatlar yayılıb.