Əli Kərimlinin mühafizəçisinə cinayət işi açıldı – Terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur

54

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov barəsində Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə cinayət işi açılıb. Onun barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı İstintaq Təcridxanasına yerləşdirilib.

Hurriyyet.org “AzPolitika.info”ya istinadən xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Seymur Həzi sosial şəbəkədəki hesabında məlumat yayıb.

Xatırladaq ki, N. Əhmədov ötən ay karantin qaydalarını pozmaqda təqsirli bilinərək 1 ay müddətinə inzibatı həbs cəzasına məhkum edilib. Həbs müddəti bitdikdən sonra azadlığa buraxılmayıb, ona qarşı Cinayət Məcəlləsinin sözügedən maddəsi üzrə ittiham irəli sürülüb.

Həmin maddə ilə mühakimə olunan şəxslər əmlakı müsadirə olunmaqla 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.