“Əli bəy Hüseynzadənin qızının vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım” – Prezident

69

Prezident İlham Əliyev Əli bəy Hüseynzadənin qızının vəfatı ilə bağlı başsağlığı verib.

Prezident İlham Əliyev bu ağır itkidən kədərini bu sözlərlə ifadə edib:

“Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım.

Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynamışdır. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!”.