Əli avtomatlı KEŞİŞLƏR

72

Ermənistan işğalçılıq siyasətinə dini don geyindirir

Erməni kilsəsi xüsusən, Katalikos həmişə terror təşkilatları ilə sıx bağlı olub. Erməni ünsürünün formalaşmasının təməlində də bir tərəfdən kilsə, digər tərəfdən isə terror təşkilatları dayanır.

Ona görə də erməni cəmiyyətindən bundan artıq nə isə gözləmək sadəlövlük olardı. Erməni kilsə xadimlərinin isə sülhdən, birgə yaşayışdan, dostluqdan, mehriban qonşuluqdan danışmağa ümumiyyətlə haqqı çatmır.

Bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı deyir. Professor bununla bağlı həm sovet dövrünə, həm də çarizmə aid yüzlərlə sənədin olduğunu bildirir.

Musa Qasımlı ermənilərin mayasında xəyanət, kin-küdurət, nifrətin dayandığını deyir. Məhz bu səbəbdəndir ki, qonşu dövlətlər hər zaman onun satqınlığından əziyyət çəkib. Elə erməni kilsəsinin rus xalqına münasibətində də bunu aydın görmək olur.

Bütün ermənilərin katolikosu II Qaregin, erməni xalqına müraciət edərək onları azərbaycanlılara qarşı müharibəyə qoşulmağa səsləyib.

Bu barədə İi Qaregin öz facebook hesabında videomüraciət yayımlayıb. Ermənistanda insanların müharibəyə qoşulmaqdan imtina etməsi və böyük ikilər verməsi ilə bağlı xəbərlərin fonunda katolikos İi Qaregin müraciətində erməni gənclərini ölümə getməyə səsləyib və bunun guya həlledici an olduğunu bildirib. \\Konkret