Əlcəzairdə yol qəzasında 20 nəfər ölüb

234

Əlcəzairin cənubunda yerləşən İn-Amqel şəhəri (Tamanrasset əyaləti) yaxınlığında baş verən yol qəzasında 20 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xilasetmə xidməti məlumat yayıb.

Bildirilib ki, içərisində 30 sərnişin olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Ölənlərin bir nəfəri yerli, digərləri isə xarici ölkə vətəndaşlarıdır. Qəzada yaralanan 11 nəfərin də xaricilər olduğu bildirilib.