Əl Səud: “İsraillə normallaşma olacağına inanırıq, amma…”

66

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysal ibn Fərhan əl Səud deyib: “Biz sülh tərəfdarıyıq, sülh regionumuz üçün strateji cəhətdən mühümdür. İsrail ilə normallaşma da yolun sonunda bunun bir parçasıdır. Səudiyyə Ərəbistanının 1981-ci ildəki təklifi və Ərəb Sülh Cəhdinin təklifi də budur. Buna görə də normallaşmanın olacağını həmişə güman eləmişik. Lakin eyni zamanda Fələstin dövlətini və İsrail-Fələstin sülh planını da həyata keçirməliyik”.

Əl Səud hazırda əsas diqqəti İsrail ilə Fələstinin müzakirə masasına yönəltmək lazım olduğunu, daimi sülh və sabitliyə gedən yeganə yolun israillilər ilə fələstinlilərin razılaşmasından keçdiyini, əks halda regionun yarasının sağalmayacağını bildirib.