“Əl İxbariyyə”: “İsrail Livan ərazisindən Suriyaya raket atıb”

69

Hurriyyet.org xəbər verir ki, Suriya dövlət televiziyası hava hücumundan müdafiə sistemlərinin Dəməşq səmasına hücumu dəf elədiyini bildirib. “Əl İxbariyyə” kanalı bildirib ki, hücum İsrail qüvvələri tərəfindən, Livan ərazisindən edilib. Suriyanın hava hücumundan müdafiə sistemi buraxılan raketlərdən bir neçəsini vura bilib.

İsrail hərbçiləri müntəzəm şəkildə Suriyadakı obyektlərə zərbələr endirir, bu addımlarını müasir silahların düşmən əlinə keçməsinin qarşısının alınması adlandırırlar. Söhbət ilk növbədə, regionda Bəşər Əsədin tərəfində döyüşən, Livanda yaranan və Tehran tərəfindən nəzarət edilən “Hizbullah” təşkilatından gedir.

Suriya ilə İsrail dövlətləri yaranandan bəri bu iki ölkə arasında diplomatik münasibət yoxdur və onlar müharibə şəraitindədirlər. İsrail Golan təpələrini işğal etdikdən bəri onlar arasında çoxillik ərazi münaqişəsi hökm sürür.

Hurriyyet.org