“Əgər Ermənistanın gücü varsa, buyursun cəbhədə hücuma keçsin” – JALƏ ƏLİYEVA

153

“ATƏT-in MİNSK Qrupu problemin bu günə qədər uzanıb və bu nöqtəyə çatmasında rolu olan birinci təşkilatdır.”

Bunu Hurriyyet.org-a açıqlmasında Milli Məclisin deputatı, professor Jalə Əliyeva bildirib:

“Əlbəttə, üç gündür hamının diqqəti bu bölgədədir. Ermənilərin ölkəmizə qarşı olan növbəti təxribatı həm ölkənin, həm də dünyanın diqqət mərkəzindədir. Görünən odur ki, Azərbaycan ordusu həmişə olduğu kimi böyük şücaət nümayiş etdirir. Döyüşlərdə qərəmancasına həlak olan və şəhidlik zirvəsinə yüksələn zabit və əsgərlərimizin vəfatından çox üzülürəm. Onların ailələrinə baş sağlığı verirəm. Məlumatlara görə, Ermənistan tərəfi daha çox itki verib. Qısa müddət ərzində Azərbaycan ordusu artıq hücumu dəf etməyi bacarıb. Lakin, atışmalar hələ də davam edir. Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, ehtiyac yaranarsa, son damla qanımıza qədər müharibəni davm etdirməyə hazırıq və torpaqlarımızı müharibə yolu ilə geri qaytarmaq əzmindəyik. Biz bunu aprel döyüşlərində də isbat etmişdik. Azərbaycan münaqişəni danışıqlar yolu həllinə çalışıb. Təəssüf ki, burada Ermənistanın havadarlarından və məqsədli şəkildə məsələnin həllini uzadan ölkələrin müdaxiləsini görürük. Hətta, ATƏT-in MİNSK Qrupu problemin bu günə qədər uzanıb və bu nöqtəyə çatmasında rolu olan birinci təşkilatdır. Lakin Ali Baş Komandanın arxasında duran xalq birmənalı olaraq öz torpaqları uğrunda mübarizəsini davam etdirmək əzmindədir”.

Jalə Əliyeva, Ermənistanın dinc əhalinin yaşadığı bölgədə atəşkəsi pozmasının beynəlxalq prinsiplərə zidd olduğunu qeyd edib:

“Əgər Ermənistanın gücü varsa, buyursun cəbhədə hücuma keçsin. Ama dinc əhalinin yaşadığı bir bölgəyə və rayonun sərhədində atışmanı başlatması həm beynəlxalq prinsiplərə, həm də insanı baxımdan heç bir ölçüyə sığmır. Bir daha Ermənistan ordusu içi üzünü ortaya qoydu”.

Hurriyyet.org