Əfran İsmayılovun yeni klubu bəlli oldu

66

2019/20 mövsümünün sonunda “Keşlə”dən ayrılan Əfran İsmayılov özünə yeni iş yeri tapıb. O, “Səbail”ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi “dənizçilər”lə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Əfran İsmayılov daha əvvəl “Turan”, “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter” və “Sumqayıt” klublarında da çıxış edib. O, Azərbaycan millisinin heyətində 39 oyun keçirib.