Əfqanıstanda növbəti qanlı terror – UŞAQLAR HƏLAK OLDU

45

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanda bomba partlayışı nəticəsində 5 nəfər dinc vətəndaş həlak olub.

Terror aktı Əfqanıstanın Qəznə vilayətinin Ender rayonunda baş verib. Yol kənarına yerləşdirilmiş bomba dinc vətəndaşları dayışan avtomobilin oradan keçdiyi zaman partlayıb. Ölənlər arasında uşaqlar da var.

Hələ ki, heç bir terror təşkilatı qətliamın məsuliyyətini öz üzərinə götürməyib.

Hurriyyet.org