Əfqanıstanda məsciddə partlayış, ölənlər var – Video

117

Əfqanıstanın Kabil şəhərinin qərb hissəsində yerləşən Şah Suri məscidində partlayış olub.

Bu barədə “TOLOnews” Əfqanıstanın Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Hadisə nəticəsində dörd nəfər, o cümlədən imam həyatını itirib. Daha beş nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, cümə namazı zamanı əldəqayırma partlayıcı qurğu partlayıb. \\Qafqazinfo