Əfqanıstanda kamikadze partlayışı – Ölənlər və yaralananlar var

42

Hurriyyet.org xəbər verir ki, bu gün Kabul vilayətində, Əfqanıstanın eyniadlı paytaxtından 11 km məsafədə baş vermiş kamikadze partlayışı nəticəsində azı 3 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Məlumatı 1TV kanalı Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Terror aktının xüsusi təyinatlıların hərbi hissəsinin qarşısında baş verdiyi bildirilir.

Hələlik ölkədə fəaliyyət göstərən terror təşkilatlarından heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Hurriyyet.org