Əfqanıstanda hərbi bazaya hücum – 24 nəfər yaralanıb

45

Hurriyyet.org xəbər verir ki, bu gün Əfqanıstanın Kunduz vilayətindəki İmam Şahib rayonunda yerləşən hərbi bazaya hücum nəticəsində azı 24 nəfərin zərər çəkdiyi bildirilir.

Yerli mənbələrin verdiyi xəbərə görə, bazada minalanmış avtomobil partlayıb, bundan sonra yaraqlılarla hərbçilər arasında atışma başlanıb.  Atışma nəticəsində yaralanan 14 nəfər hərbçi, 10 nəfər dinc sakin xəstəxanaya çatdırılıb.