Əfqanıstanda bir gündə dörd partlayış baş verdi, həlak olanlar və yaralananlar var

327

Hurriyyet.org xəbər verir ki,  Əfqanıstanda bu gün səhər saatlarında dörd partlayış baş verib, iki həfər həlak olub, altı nəfər yaralanıb.

İlk iki halda maqnit bombaları partladılıb. İkinci partlayışın hədəfi yüksək vəzifəli dövlət işçisinin mühafizə xidmətinin baş əməkdaşının içərisində olduğu avtomobil olub. Digər iki partlayışın hədəfi isə içərisində hüquq-mühafizə işçiləri olan iki polis avtomobili olub. Nəticədə iki nəfər polis həlak olub, 5 nəfər polis və bir nəfər mülki sakin yaralanıblar. Ətrafdakı binalar və mağazalar zərər çəkiblər.

Hələlik regiondakı heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.