Əfqanıstanda bir gündə 3 terror aktı – 10 polis həlak oldu

30

Hurriyyet.org xəbər verir ki,  Əfqanıstanda Nanqahar və Zabul vilayətlərində baş vermiş bomba partlayışları nəticəsində 10 nəfər polis işçisi həlak olub.

Mamqaharın Kuzkunar rayonunun mərkəzində bomba ilə dolu avtomobilin partlaması nəticəsində 4 nəfər polis həlak olub, 11 nəfər yaralanıb.

Zabul vilayətinin Şinkey rayonunda ard-arda baş vermiş 2 bomba partlayışı nəticəsində 6 polis həlak olub, 2 polis isə yaralanıb.

Terror aktlarına görə məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

Hurriyyet.org