Əfqanıstanda 2 hərbi vertolyot qəzaya uğradı, 9 nəfər həlak oldu

54

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın cənubundakı Helmand vilayətinin Nave rayonunda “Mİ-27” markalı iki hərbi vertolyotun qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Əfqanıstanın Müdafiə Nazirliyinin açıqlamasına görə, vertolyotlar havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb.

Şahidlər isə Nave rayonunda yaralı hərbçiləri aparan vertolyotların havaya qalxdıqdan sonra toqquşduqlarını və qəzada 10 nəfərdən artıq əsgərin həlak olduğunu bildirirlər.