“ƏDV qaytarılma qaydaları iri marketlər şəbəkəsinin maraqlarına uyğundur” – NATİQ CƏFƏRLİ

114

“ƏDV qaytarılması haqqında hökumətin 1 ildən çox düşünüb ortaya qoyduğu qaydalar çox içiboş, hətta kiçik-orta sahibkarlar üçün ciddi təhdiddir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərliyə məxsusdur.

Cəfərli qeyd edib ki, ölkəda supermarket bumu başlamadan öncə, 30 minə yaxın kiçik dükanlar, məhəllə-ailə marketləri var idi: “İndi bu say 20 mindən aşağı düşüb, Anadolu türkləri demiş, “Bravo” yani”.

“Kiçik-orta marketlər üçün də hökumət tərəfindən təşviq addımları mütləq atılmalıdır”

Cəfərlinin sözlərinə görə, ƏDV qaytarılma qaydaları ancaq iri marketlər şəbəkəsinin maraqlarına uyğundur: “Bu qaydaların indiki şəkildə tətbiqi kiçik-orta dükanların tamam sıradan çıxmasına səbəb olacaq. Hər bir halda, kiçik-orta marketlər üçün də hökumət tərəfindən təşviq addımları mütləq atılmalıdır”.

“Bəs, o zaman mexanizm necə çalışacaq?!”

“Dediyim kimi, boşluqlar da var, məsələn: Mən bir ƏDV ödəyicisi olan iri mağazadan, məsələn, 1180 manata palto alıram, nəğd ödəniş edirəm, çeki öz kabinetimə daxil edib 18 manatı geri alıram. Paltonu asıram evdən, 1 həftədən sonra bir daha yeni gözlə mala baxıram və bəyənmirəm, çeki və malı götürüm dükana, qanuna görə 14 gün ərzində malı qaytarma hüququm var – paltonu qaytarıb 1180 manatımı geri alıram. Bəs, o zaman mexanizm necə çalışacaq?! Qaydalarda bu məsələ yoxdur, boşluq var”,-deyə iqtisadçı nəzərə çatdırıb.

Şamo EMİN, Hurriyyet.org