Ədliyyə Nazirliyində kadr dəyişikliyi oldu – NAZİRLİKDƏN AÇIQLAMA

111

“Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə nazirlik tərəfindən ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Bildirirəm ki, bu günlərdə Qabil Həmzə oğlu Əliyev nazirliyimizin İcra Baş idarəsinin rəis  müavini vəzifəsinə təyin olunmuşdur”.

Bunu Huriyyet.org-a Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib:

“Qeyd etməliyəm ki, Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, həmçinin elmi fəaliyyətlə də məşğul olmuşdur. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur.

Vəzifədə irəli çəkilərək 2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışmışdır. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılmış, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənmişdir.

Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq həmin qərar qəbul olunmuşdur.

Həmçinin, məlumat üçüm bildirirəm ki, hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir”.

YƏHYA