Ədliyyə naziri: “Medianın polisi şeytan kimi təqdim eləməsi yalnız ölümlərin sayını artıra bilər”

66

Hurriyyet.org xəbər verir ki, ABŞ-da Corc Floydun polis zorakılığı nəticəsində ölməsindən sonra başlanan və dünyanın dörd yanına yayılan etiraz aksiyaları davam edir. “Polis təşkilatlarını ləğv edin” çağırışına etirazını bildirən ABŞ prezidenti Donald Tramp ölkədəki polis zorakılığı ilə bağlı açıqlamalar verib. ABŞ-da Demokratik Konqresin üzvləri Floydu 8 dəqiqə 46 saniyə boyunca diz çökərək yad ediblər. Floydun həbsi zamanı onun boynunu dizi ilə sıxaraq öldürən keçmiş polis məmuru Derek Şovin ilk dəfə hakim qarşısına çıxıb.

Tramp deyib: “Polis təşkilatımızı ləğv eləmirik, maliyyə mənbələrini də kəsmirik. Təhlükəsizlik qüvvələrimiz sayəsində artıq ölkəmizdə daha az cinayət törədilir. Bununla fəxr edirəm. Son dövrdə Floydun öldürülməsi kimi qorxunc hadisələr baş versə də, polislərin 99 faizinin çox yaxşı insanlar olduğunu deyə bilərəm. Floydun başına gələnlər və ondan əvvəl baş vermiş belə hadisələrin təkrarlanmaması üçün daha kübar bir tərzin necə təmin edilməsi məsələsi ilə bağlı mübahisə edirik. Lakin dünyadakı ən yaxşı asayiş qüvvələrindən vaz keçə bilmərik”.

ABŞ-ın ədliyyə naziri Vilyam Barr deyib: “Asayiş qüvvələrinin Afrika mənşəli amerikalıların niyə cəza ədaləti sisteminə etibar eləmədiyini tamamilə anladıqları fikrindəyəm. Son 50 ildə bərabərliyin təmin edilməsi üçün ölkədə bir çox addımlar atılıb. Lakin bu günə qədər heç bir prezident cəza ədalətii sistemində islahat aparmaq üçün Tramp qədər qətiyyətli olmayıb. Bu problemləri həll eləmək üçün komissiya yaratmışıq”.

ABŞ-ın ədliyyə naziri Vilyam Barr “Foks Nyus” kanalına müsahibəsində bəzi polis məmurlarının hərəkətlərinin bütün təşkilata aid edilməsinin və polisin şeytan kimi göstərilməsinin səhv olduğunu, bu təbliğatın ölümlərin sayını artıracağını söyləyib.

Hurriyyet.org