“Futbol+” qəzetinin əməkdaşları aksiya keçirdi – PREZİDENTƏ MÜRACİƏT OLUNDU – FOTOLAR

    3

    Xəbər verildiyi kimi, KİVDF bir neçə qəzetlə əməkdaşlığı dayandırıb. Bu qəzetlərin içərisində “Futbol+” də var. 

    Qurumun bu qərarından sonra ölkənin ən köklü idman qəzetinin rəhbərliyi ölkə prezidentinə müraciət etmiş, yaxınlarda isə mətbuat konfransı keçirmişdi. Bu gün isə “Futbol+” kollektivi aksiya keçiriblər.

    Qəzetin kollektivi əvvəlcə KİVDF-nin, sonra isə Prezident Administrasiyasının qarşısına yürüş ediblər. “Futbol+”çilər üzərinə “Bizi eşit, Prezident!”, “KİVDF ədalətsizliyə son qoy!”, “Haqqımızı istəyirik!” sözləri yazılan plakatlar qaldırıblar./komanda.az/